AZ

Ağstafalı şəhid Fazil Məmmədlinin bacısının toyudur - Fotolar

Daha bir Şəhid ocağında, daha bir Şəhid ailəsində toy-büsatdır…

Bu gün Ağstafa rayonunun Vurğun qəsəbəsindən olan 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan, Vətən uğrunda nümayiş etdirdiyi qəhrəmanlıq nümunəsi ilə hər bir azərbaycanlının dilində dastana dönən Fazil Razim oğlu Məmmədlinin tək və yeganə bacısı Günay Məmmədlinin toy məclisidir...

Ağstafa şəhərində yerləşən şadlıq evlərindən birində keçirilən toy mərasimində, şəhidimizin doğmaları o cümlədən Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştriak edirlər.

Allahdan şəhidlərimizə rəhmət diləyir, onların hər bir ailə üzvünə möhkəm cansağlığı, xoşbəxt ömür arzu edirik!

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr