AZ

Gürcüstan uzun müddət Avropa İttifaqına üzv olmaq şansını itirə bilər

BAKI, 21 iyun. TELEQRAF

“Gürcüstan uzun müddət Avropa İttifaqına (Aİ) üzv olmaq imkanını itirə bilər”.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin Tbilisidəki səfiri Pavel Qerçinski məlumat verib.

“2023-cü ildə Avropa İttifaqı Gürcüstanın üzünə Avropa ailəsinin qapılarını açdı və Aİ üzvlüyünə namizəd oldu. Bu tarixi anı birlikdə qeyd etdik. Bu gün Gürcüstanın Avropaya inteqrasiyası dayandırılıb, təəssüf ki, Gürcüstan uzun müddət Avropa İttifaqına üzv olmaq üçün tarixi şansını itirə bilər, üstəlik, Gürcüstanda demokratiya təhlükə altındadır”, - Qerçinski bildirib.

Seçilən
13
1
teleqraf.com

3Mənbələr