İranlı nüvə alimi Dr. İsar Təbatəbainin evində baş verən hücum nəticəsində həyat yoldaşı ilə birlikdə öldürüldüyü bildirilib.
Mehr Xəbər Agentliyinin məlumatına görə, İranın nüvə sənayesinə mühüm töhfələr verdiyi qeyd olunan Təbatəbai, həyat yoldaşı Mənsurə Hacı Səlim ilə birlikdə İsrailin ötən həftə həyata keçirdiyi hücumlar zamanı evində öldürülüb.
Xəbərdə hücumun nə zaman və necə həyata keçirildiyinə dair ətraflı məlumat verilməyib.
2007-ci ildə Nüvə Mühəndisliyi sahəsində doktorantura təhsilini başa vuran Təbatəbai uzun illər ərzində İranın nüvə sənayesi sahəsində fəaliyyət göstərib.