AZ

Axundla qaçan qızın videosu yayıldı: Bizi rahat buraxın, xoşbəxt olaq - VİDEO

BAKI, 21 iyun. TELEQRAF

"Turab Tahirovla öz istəyimlə, heç bir zorakılıq olmadan gəlmişəm".

Teleqraf xəbər verir ki, bunu Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi məscidinin axundu Tahirov Turab Əliqan oğlu ilə qaçan 16 yaşlı Nəzrin Babayeva sosial media hesabındakı paylaşımda deyib.

O bildirib ki, iyunun 17-də öz istəyi ilə, heç bir zorakılıq olmadan axundla birlikdə gedib.

Nəzrin Babayeva yaşının 17-yə keçdiyini, Turab Tahirovun isə 35 yaşda olduğunu deyib.

Onun sözlərinə görə, Turab Tahirov ona dəfələrlə elçi göndərsə də, ailəsi boşanmış kişiyə qız vermək istəməyib:

"Mən istədiyim halda ailəm razı olmadı, mənə davamlı psixoloji, fiziki zorakılıq tətbiq edirdilər. Bunu, xüsusuilə, atam və ata tərəfdən qohumlarım edirdilər. Artıq bezmişdim və Turab Tahirova onunla getmək istədiyimi bildirdim. O isə mənim 18 yaşımın tamam olmasını gözləməyin tərəfdarıydı".

Nəzrin Babayeva hazırda özünü xoşbəxt hiss etdiyini deyib: "Biz xoşbəxtik, 2-3 ildi bir-birimizi sevirik, amma yaxın münasibətimiz olmayıb. Atam qaynanamgili təhdid edir, onların evinə gəlib öldürməklə hədələyir. Bizim ailədə əziyyət çəkən sadəcə anam olub, ona da bildirmişdim, xəbəri var idi. Anam razı idi, çünki xoşbəxt olmağımı istəyirdi. Haqqımızda yayılan digər məlumatların hamısı yalandır, şayiələrə inanmayın və bizi rahat buraxın, xoşbəxt olaq".

Seçilən
13
teleqraf.com

1Mənbələr