“Yuventus”un futbolçusu Timoti Vea karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, amerikalı vinger “Everton” və “Tottenhem”in diqqət mərkəzindədir. Bu barədə “Foot Mercato” nəşri məlumat yayıb. Klublar yaxın zamanda “qoca sinyora” ilə danışıqlara start verəcək.
25 yaşlı futbolçu başa çatan mövsümdə A Seriyasında 30 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.