Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyanın Türkiyənin ən böyük enerji təchizatçısı olduğunu və Ankaranın yaxın gələcəkdə bu əməkdaşlığı davam etdirəcəyini gözlədiyini bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Türkiyənin Energetika Nazirliyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPIEF) iştirak etmək üçün Rusiya Federasiyasına səfərinin nəticələrini qiymətləndirərkən Rusiya rəsmiləri ilə əməkdaşlığın hazırkı vəziyyətini müzakirə etdiklərini qeyd edib.
“Rusiya ilə uzun illərdir enerji əməkdaşlığımız var. Türkiyə tərəfi bu əməkdaşlığı yaxın gələcəkdə də davam etdirməyi hədəfləyir” ,- deyə bildirilib.
Ölkənin enerji və təbii sərvətlər naziri qeyd edib ki, SPİEF çərçivəsində nüvə enerjisi və enerjinin digər sahələrində ikitərəfli əməkdaşlıq, eləcə də qlobal proseslər də dəyərləndirilib.
Bayraktar qeyd edib ki, İsrail-İran münaqişəsi enerji bazarına təsir etməyəcək və orada “xaotik ssenarilər” nəzərdə tutulmayıb.
//Gülnarə Abasova, Editor.az