AZ

İsrail özünü bu təhdiddən qorumalıdır! - Merkel

“Əgər kiməsə İsrail dövlətini məhv etmək istədiyini deməyə icazə verilirsə, İsrailin də özünü bu təhdiddən müdafiə etmək hüququ olmalıdır.

Axar.az xəbər verir ki, bunu Almaniyanın sabiq kansleri Angela Merkel yerli mətbuatına açıqlamasında deyib.

Sabiq kansler vurğulayıb ki, İsrailin beynəlxalq hüquqa əməl etmədiyi fikri ilə tam razı deyil:

“Əgər ölkənin mövcudluğu HƏMAS və ya İran tərəfindən şübhə altına alınırsa, bu məsələyə beynəlxalq hüquq prizmasından cavab vermək asan deyil”.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə tərəflər qarşılıqlı hücumlarını davam etdiriblər. Hər iki ölkə bu hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat yayıb, bir sıra obyektlərin vurulduğunu etiraf ediblər. Qarşılıqlı zərbələr hələ də davam edir.

Seçilən
13
3
axar.az

4Mənbələr