"İnter"in mərkəz müdafiəçisi Françesko Aşerbi azarkeşlərlə görüş zamanı PSJ forması geyinmiş fanatla insident yaşayıb.
Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
İnternetdə yayılan videoda 37 yaşlı italyan futbolçunun tərcüməçi vasitəsilə fanata hədə-qorxu gəldiyi görünür. O, Çempionlar Liqasının finalını xatırladaraq onu təhrik edən azarkeşə "üzünü dağıdacağam" deyərək reaksiya verib.
Fransa klubunun formasını geyinmiş fanat Akerbini PSJ-nin vingeri Bredli Barkola ilə əlaqələndirərək "Barkolya" deyə çağırıb və bu, müdafiəçinin qəzəbinə səbəb olub.
Tərcüməçi fanata daha ciddi olmağı tövsiyə etsə də, Açerbi özü birbaşa italyanca cavab verib: "Mən ciddiyəm. Mənə gülmə, bu xoşuma gəlmir. Mən dəliyəm, səndən bütün pislikləri çıxararam", – deyə futbolçu bildirib.
Hadisədən sonra o digər azarkeşlərlə şəkil çəkdirməyə davam edib.