AZ

"MFX-Trading"də daxili əməliyyatlar daralır: dövriyyədə 45 milyonluq azalma

“MFX-Trading İnvestisiya Şirkəti” artıq ikinci aydır ki, geriləməyə başlayıb, daxili dövriyyəsi 45 milyon manatdan çox azalıb.  

Valyuta.az-ın əldə etdiyi məlumata görə, investisiya şirkətinin bu ilin yanvar-may aylarında Bakı Fond Birjasında apardığı əməliyyatların həcmi 27 əqd üzrə 70,9 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 39,1% və ya 45,5  mln. manat azdır. Halbuki, şirkətin 2024-cü ilin eyni dövründə daxili birja dövriyyəsi 55 əqd üzrə 116,4 mln. manata bərabər olmuşdu. 

“MFX-Trading İnvestisiya Şirkəti” dövriyyəsinin bir əqd üzrə orta dəyəri 2,6 mln. manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisə edildikdə 24% artım deməkdir. 

İnvestisiya şirkətinin portfelinin əsas hissəsini əsasən repo əməliyyatları və dövlət istiqrazlar təşkil edib. Belə ki, bu dövrdə şirkətin dövriyyəsinin 54,7 mln. manatı repo əməliyyatlarının, 10,4 mln. manatı dövlət istiqrazlarının payına düşüb. Portfeldə korporativ istiqrazlarının payı 772,8 min manat, AMB-nin notları isə 4,97 milyon manat təşkil edib.

İnvestisiya şirkəti bu səhmlər üzrə hər hansı bir əməliyyat aparmayıb. Son göstəricilərə əsasən “MFX-Trading” dövriyyəsi ən çox azalan üçüncü şirkət olub. 

Xatırladaq ki, “MFX-Trading İ.Ş.” ASC 2020-ci ildə təsis edilib. Hazırda 1,11 milyon manat nizamnamə kapitalının 100% payçısı Samir Xəlilov Əlövsət oğludur. S.Xəlilov 2024-cü ildən etibarən əsas səhmdar olub. İnvestisiya şirkəti bağlanan “MuğanBank”a yaxın şirkətlərdən biri idi.

NARA

Seçilən
4
valyuta.az

1Mənbələr