Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, İranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə etmək hüququ var. Moskva dinc nüvə enerjisinin inkişafında Tehrana yardım və dəstək verməyə hazırdır.
Putinin sözlərinə görə, İran dəfələrlə nüvə silahı yaratmaq planının olmadığını bəyan edib. “Nüvə silahının yaradılmasına dair heç bir əlamət yoxdur (İran hakimiyyəti tərəfindən) və MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) buna dair heç bir sübutu yoxdur”, – deyə prezident “Sky News Arabia” telekanalına müsahibəsində bildirib.
O vurğulayıb ki, Rusiya “dünyanın istənilən ölkəsi, o cümlədən İran hesabına” kütləvi qırğın silahlarının yayılmasının əleyhinədir.
//Samir Qurbanov, Editor.az