AZ

''Beşiktaş'' ''Ayaks''ın təklifini geri çevirdi

''Beşiktaş''ın gənc ulduz Mustafa Həkimoğluya görə önəmli bir təklif aldığı məlum olub.

''Bein Sports''un xəbərinə görə Niderland nəhəngi ''Ayaks'' istedadlı futbolçuya görə ''ağ-qaralar'' 9 milyon avro təklif edib. Amsterdamlılar bu pulu hissə-hissəyə ödəməyi teklif ediblər. Ancaq iddialara görə baş məşqçi Ole Qunnar Sulşer 18 yaşlı forvardın ayrılmasına qadağa qoyub.

Rəhbərlik bu təkliflə bağlı norveçli mütəxəssisin fikrini öyrəndikdə o, yeni mövsümdə birmənalı şəkildə Mustafanın xidmətindən yararlanmaq istədiyini bildirib. Bu üzdən İstanbul nəhəngi ''Ayaks''ın təklifini geri çevirib.

Qeyd edək ki, ''Ayaks''da 2022-ci ildən bu yana türkiyəli müdafiəçi, ''Trabzonspor''un yetirməsi olan Ahmetcan Kaplan çıxış edir. Artıq Türkiyə yığmasına da dəvət almağa başlayan Mustafa Həkimoğlu geridə qoyduğumuz mövsümdə ''Beşiktaş''da 32 rəsmi oyuna çıxaraq aktivinə 3 qol, 2 məhsuldar ötürmə yazıb.

Klubla 2028-ci ilə qədər müqaviləsi olan Mustafanın transfer dəyəri 5 milyon avro civarındadı.

Seçilən
3
1
football-plus.az

2Mənbələr