AZ

Xamneyi ölsə, yerinə kim gələcək?

Ajans.az xəbər verir ki, bu barədə “The New York Times (NYT)” mənbələrə istinadən məlumat yayıb. "Bunkerdə gizlənən Ayətullah Xamenei, daha çox dəyərli köməkçisinin sıradan çıxarılacağı təqdirdə, hərbi komandanlıq zəncirində onun yerinə bir sıra namizədlər seçdi. O, həmçinin onun davamçıları ola biləcək üç yüksək səviyyəli din xadiminin adını çəkdi", - adının açıqlanmasını istəməyən üç İran rəsmisi nəşrə deyib. Mənbələr bildiriblər ki, İranın ali lideri sui-qəsd cəhdindən qorxaraq, indi əsasən komandirləri ilə etibarlı köməkçisi vasitəsilə əlaqə saxlayır və onu “tapmağı çətinləşdirmək” üçün elektron rabitəni dayandırır. Bundan əvvəl İsrail prezidenti İsaak Hersoq bildirib ki, İsrail Əli Xamneyini məhv etmək niyyətində deyil, lakin belə bir inkişaf son nəticədə “İran xalqının xeyrinə olacaq”. Eyni zamanda İsrailin müdafiə naziri İsrael Katz bəyan edib ki, Ayətullahın aradan götürülməsi İrana qarşı əməliyyatın məqsədlərindən biridir. O, “Xamneyi kimi diktator olmamalı” olduğunu vurğulayıb.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Seçilən
21
Ajans.az

1Mənbələr