AZ

Mərkəzi Bankda yeni təyinat

Azərbaycan Mərkəzi Bankına yeni təyinat olub.

Valyuta.az Banker.az-a istinadən xəbər verir ki, Nahid Rzayev Azərbaycan Mərkəzi Bankının Daxili audit departamentinin direktor müavini təyin edilib.

O, 2020-ci ilin iyun ayından bu təyinata kimi Mərkəzi Bankda audit şöbəsinin rəhbəri kimi çalışıb. 2025-ci ilin may ayından İcbari Sığorta Bürosunun Audit Komitəsinin üzvüdür.

Nahid Rzayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Əlaqələr üzrə bakalavr dərəcəsinə yiyələnib.

Seçilən
21
1
valyuta.az

2Mənbələr