AZ

Gürcüstanda seçkilərdə bülleten atdıqlarına görə azərbaycanlı qardaşlar 1 il müddətinə azadlıqdan məhrum edilib

Bolnisi Rayon Məhkəməsi Rövşən və Əkbər İskəndərov qardaşlarını seçki saxtakarlığına görə 1 il müddətinə azadlıqdan məhrum edib. Oxuməni.az xəbər verir ki, bu barədə “Ngnewsgeorgia” məlumat yayıb.

“Marneuli radiosu”nun məlumatına görə, müstəntiqlərin sözlərinə görə, onlar oktyabrın 26-da parlament seçkiləri zamanı bülletenləri qutuya doldurublar.

Məhkumlardan biri Rövşən İskəndərov o zaman Marneuli Şəhər Şurasının sədr müavini olub. Sadaxlı kəndindəki seçki məntəqəsindən baş verən insidentin videosu sürətlə sosial şəbəkələrdə yayılıb - görüntülərdə qardaşların müşahidəçilərin etirazlarına məhəl qoymayaraq bülletenləri doldurmağa davam etdikləri görünür. Hər iki şəxs oktyabrın 31-də saxlanılıb.

Məhkəmədə İskəndərovlar təqsirli olduqlarını etiraf etməyiblər. Rövşən bildirib ki, saxtalaşdırmada heç bir məna görmür, çünki onun sözlərinə görə, Sadaxlıda seçicilərin əksəriyyəti onu və “Gürcü Arzusu” partiyasını dəstəkləyib.

İşə Gürcüstan Cinayət Məcəlləsinin 164-cü maddəsi - seçki sənədlərinin qəsdən saxtalaşdırılması ilə baxılıb. Bu maddə üzrə maksimum cəza iki ilə qədər həbsdir.

Almaz Həsənli

Seçilən
8
1
oxumeni.az

2Mənbələr