"Mançester Siti" "Komo" klubunun baş məşqçisi Sesk Fabreqası Pep Qvardiolanın potensial varisi kimi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə "FootballTransfers" məlumat yayıb.
Mənbənin yazdığına görə, "şəhərlilər"in rəhbərliyi 37 yaşlı ispaniyalının yalnız taktiki baxışları ilə deyil, həm də təmkinli davranışı, ünsiyyət bacarığı və liderlik keyfiyyətləri ilə təsirlənib.
Klubda hesab edirlər ki, Fabreqasın təyinatı Qvardiolanın mirasının təbii davamı ola bilər. Onun 2027-ci ildə hazırkı müqaviləsinin müddəti başa çatdıqda Pepi əvəz etməsi mümkündür.