İtaliyanın müdafiə naziri Guido Crosetto NATO sammiti ərəfəsində alyansın prinsipcə zəruriliyini şübhə altına alıb,
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Krosetto Padua Universitetində çıxışı zamanı danışıb.
"NATO-nun artıq mövcud olmaq hüququ yoxdur", "zaman dəyişdi"-deyə o qeyd edib.
"ABŞ və Aİ artıq dünyanın mərkəzi deyil. NATO dəyişmiş şərtlərə uyğunlaşmalıdır"- deyə italiyalı nazir NATO-nu sülhü və qarşılıqlı müdafiəni təmin etmək üçün qlobal Cənub ilə əməkdaşlığa çağırıb.
Avropa Birliyinin rolundan danışan Krosetto bildirib ki, Avropanın rolu getdikcə azalır. "Biz tez-tez elə danışırıq ki, sanki hələ 30 il əvvəl yaşayırıq. Amma hər şey dəyişib. Biz Avropa haqqında elə danışırıq ki, sanki bu, nəyisə ifadə edirdi. Ola bilsin ki, o, özünə siyasi rol versəydi, o, heç vaxt əldə etmədiyi bir vaxtda nəyisə ifadə edə bilərdi. Xarici siyasəti və ya müdafiəsi olsaydı. Amma onun vaxtı keçdi", - deyə Krosetto vurğulayıb.
Musavat.com