AZ

AMB “Forfinance” BOKT-a lisenziya verdi

BAKI, 21 iyun. TELEQRAF

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə Bank olmayan kredit təşkilatı “Forfinance” Məhdud Məsuliyyətli Cəmiyyətinə kreditlərin verilməsi, habelə Qanunda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olmaq hüququ verən lisenziya verilib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Qeyd edək ki, lisenziya “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununa (Qanun) əsasən verilib.

Seçilən
16
2
teleqraf.com

3Mənbələr