AZ

Ali məktəblərimiz yaxın illərdə dünya reytinqlərində irəliləyəcək

Azərbaycanın ali təhsil sistemində beynəlxalq reytinqlərdə yüksəliş istiqamətində ciddi hədəflər müəyyən olunub. 2022–2026-cı illəri əhatə edən Dövlət Strateji Yol Xəritəsinə əsasən, 2028-ci ilə qədər ən azı 3 ali təhsil müəssisəsinin dünya reytinqində TOP-800 sırasında yer alması hədəflənir.

 

Bu barədə AzEdu.az-ın “Təhsil siz” verilişində çıxış edən ali təhsil üzrə ekspert Vüsal Kərimli bildirib ki, bu, kifayət qədər ciddi çağırışdır və müvafiq qurumlar həmin istiqamətdə fəaliyyətlərini gücləndiriblər. Qarşıdakı illərdə Azərbaycanın ali məktəbləri reytinq cədvəllərində daha yüksək mövqelərdə təmsil olunacaq:

 

“Bu sahədə nikbinəm. Fikrimcə, növbəti illərdə beynəlxalq reytinqlərdəki yerimizi daha da yaxşılaşdıracağıq. İnanmaq vacibdir, amma yalnız inamla deyil, sistemli fəaliyyətlə nəticə qazanmaq mümkündür. Reytinqlərə ayrılan vəsaitin nəticəsi də görünməlidir”.

 

Ekspert əlavə edib ki, gələcəkdə dünya reytinqlərində təmsil olunan ali təhsil müəssisələrinin sayının artacağı gözlənilir.

Seçilən
5
azedu.az

1Mənbələr