AZ

Şirkət rəhbərinin ölkədən çıxışına “stop” qoyuldu

“Bərəkət-98” şirkətinin rəhbərinə “stop” qoyulub.

Valyuta.az xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynov qətnamə çıxarıb. İş materillarından aydın olur ki, şirkətin dövlətin büdcəsinə ümimilikdə 101 825,75 manat borcu olub.

Borc ödənilmədiyinə görə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə müraciət edib. Qurum ərizəsində borc ödənilədək şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılmasını istəyib. Məhkəmə də qurumun ərizəsini təmin edib.

Qeyd edək ki, “Bərəkət-98” şirkəti 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin qanuni təmsilçisi Abduləzimov Cavid Cavanşir oğludur. Şirkətin hazırda 57 720,76 manat vergi borcu var.

Hüseyn

Seçilən
17
valyuta.az

1Mənbələr