AZ

Bəşər Əsədin əmisi oğlu saxlanıldı


Suriyanın yeni hakimiyyət orqanları ölkənin keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlunu həbs edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyinin mətbuat xidməti “Facebook” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Məlumata görə, Vasim Əsəd narkotik ticarəti və bir sıra digər cinayətlərdə ittiham olunur.
“Suriya kəşfiyyatı və Daxili İşlər Nazirliyinin əməkdaşları Vasim Əsədi saxlamağa müvəffəq olublar. O, Suriyada ən məşhur narkotik alverçilərindən biri hesab olunur və köhnə hökumətin cinayətlərində iştirak edib”, - məlumatda qeyd edilib.
Seçilən
11
1
yeniavaz.com

10Mənbələr