AZ

İstanbul İranın çağırışı ilə İƏT-in fövqəladə toplantısına ev sahibliyi edəcək

BAKI, TurkicWorld

İranın tələbi ilə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurası çərçivəsində bütün üzvlərin iştirakı ilə xüsusi sessiya keçiriləcək.

TurkicWorld xəbər verir kiİstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 51-ci iclası çərçivəsində, İranın müraciəti əsasında bütün üzv ölkələrin iştirakı ilə xüsusi sessiya keçiriləcək.

Türkiyə Xarici İşlər Nazirliyindən əldə olunan məlumata görə, nazir Hakan Fidanın ev sahibliyi ilə İstanbul Lütfi Kırdar Konqres Mərkəzində təşkil olunan bu sessiya bu axşam baş tutacaq. Qapalı formatda keçiriləcək toplantıda İƏT-ə üzv bütün ölkələrin iştirak etməsi nəzərdə tutulur.

İsrailin Qəzza və İrana qarşı hücumlarını davam etdirdiyi kritik bir mərhələdə, İstanbul daha bir əhəmiyyətli beynəlxalq toplantıya ev sahibliyi edir. “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu ilə keçirilən bu iclas, dünyanın diqqətini bir daha Türkiyəyə yönəldib.

İƏT-in təsisçi üzvlərindən biri olan Türkiyə, təşkilat çərçivəsində bir çox fəaliyyətə dəstək verməklə yanaşı, müxtəlif tədbirlərə də ev sahibliyi edib. İstanbulda keçirilən 51-ci XİNŞ iclası isə İƏT tarixində ən geniş tərkibli toplantılardan biri kimi qiymətləndirilir.

Tədbirə təxminən 1000 nəfərlik nümayəndə heyətinin qatılması gözlənilir. İştirak edən ölkələr arasında 43 xarici işlər naziri və 5 nazir müavini yer alır.

Bundan əlavə, iclasa İƏT-in alt qurumlarının nümayəndələri ilə yanaşı, Birləşmiş Millətlər Təşkilatı, Ərəb Liqası, Körfəz Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, D-8, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Miqrasiya Təşkilatı və Ümumdünya Ticarət Təşkilatı kimi 30-a yaxın beynəlxalq təşkilatdan da yüksək səviyyəli təmsilçilərin qatılacağı gözlənilir.

Seçilən
5
turkic.world

1Mənbələr