AZ

30 il sonra yenidən BDU-da... - Foto

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində 1990-1995-ci illərdə təhsil alan tələbələrin məzun olmasının 30 illiyinə həsr edilmiş tədbir keçirilib.

Kult.az xəbər verir ki, Filologiya fakültəsinin məşhur 304-cü otağında baş tutan tədbir dövlət himni və şəhidlərn, dünyasını dəyişən müəllim və tələbələrin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

BDU-nun Filologiya fakültəsinin dekan müavini Mehriban Əlizadə 1995-ci il məzunlarına fakültənin fəaliyyətindəki yeniliklərdən danışıb.

Məzunlar vaxtilə onlara dərs deyən müəllimlərinin çıxışlarını, həmin dövr və onlarla bağlı xatirələrini dinləyiblər. BDU-nun görkəmli alimləri Zemfira Şahbazova, Qızılgül Abdullayeva, Vaqif Sultanlı, Tofiq Müzəffər oğlu Hacıyev, Boran Əziz, Sona Çərkəz, Nüşabə Sadıxlı, Etibar Talıblı, Vaqif Nəbiyev, Qənbər Xanməmmədov, İsmayıl Məmmədov tələbələri ilə yenidən görüşməkdən məmnun olduqlarını, keçmişin yalnız xatirələr deyil, həm də mənəvi irs olduğunu vurğulayıblar.

Laura Cəbrayıllı, Nazim Muradov, Anar Niftəliyev və digər məzunlar müəllimləri və tələbəlik illəri ilə bağlı unudulmaz xatirələrini bölüşüblər.

Sonra məzunlar dərs keçdikləri auditoriyaları gəziblər, görüş çay süfrəsi arxasında davam edib.

Seçilən
16
1
axar.az

2Mənbələr