AZ

Ermənistan səmasını Rusiya təyyarələri üçün bağlaya bilər

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində deyib ki, Ermənistan Avropaya inteqrasiyanın dərinləşməsi səbəbindən öz hava məkanını Rusiya təyyarələri üçün bağlaya bilər. Oxuməni.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.

Moskva qonşu ölkənin ittifaqa daxil olması ehtimalından narahatdır və artıq belə bir ssenarinin mümkün gedişatına diqqət yetirir.

Overçukun sözlərinə görə, hazırda Rusiyanın Avropa İttifaqı ilə hava əlaqəsi olmadığından və ittifaqa üzv ölkələrin səması Rusya təyyarələri üçün bağlı olduğundan, Ermənistandan da bunu tələb etmək olar.

"Ermənistan da öz səmasını bağlayacaqmı? Yaxşı, əgər siz Avropa İttifaqına daxil olsanız, bəli, çünki Brüssel sizə göyləri bağla deyəcək, sən də səmanı bağlayacaqsan və başqa seçimin olmayacaq", - Aleksey Overçuk bildirib.

Avropa İttifaqı 2022-ci ilin fevralında səmalarını Rusiya təyyarələrinin üzünə tamamilə bağlayıb. Bu qərar Rusiya tərəfinin Ukraynada müharibəni başlamasından sonra verilib.

Ötən ayın sonunda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüssellə bu mövzuda heç bir danışıqların aparılmadığını bəyan edib.

Almaz Həsənli

Seçilən
6
oxumeni.az

1Mənbələr