AZ

BMU məzunları sertifikasiya imtahanında maksimal nəticə göstərib

Bakı Mühəndislik Universitetinin (BMU) məzunları-Fərqanə Quliyeva və Gülşən Şahverdiyeva  təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı keçirilən imtahanda 60 bal toplayıb.

"Unikal" xəbər verir ki, BMU-nun "Riyaziyyat və informatika müəllimliyi" ixtisasını bitirən Fərqanə Quliyeva 2021-ci ildə keçirilən Müəllimlərin İşə Qəbul (MİQ) imtahanında 53 bal toplayaraq müəllimlik fəaliyyətinə başlayıb. Hazırda Hökməli qəsəbə tam orta məktəbində riyaziyyat müəllimi işləyən Fərqanə Quliyeva öz üzərində çalışaraq bu il maksimal nəticəyə imza atıb.

Gülşən Şahverdiyeva da eyni ixtisasdan məzun olduqdan sonra Bakı Atatürk liseyində çalışıb. 2023-cü ildə MİQ imtahanından 70,075 bal toplayaraq müəllim işləməyə başlayıb. Sertifikasiya imtahanında böyük uğur qazanan BMU məzunu hazırda Bakıdakı 103 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.

Seçilən
8
unikal.az

1Mənbələr