AZ

Sürücülükdə yeni dövr başlayır: 65 yaşdan yuxarı şəxslərə…

Türkiyədə sürücülük vəsiqəsi üçün müəyyən yaş qruplarını nəzərdə tutan qaydalar tətbir olunacaq.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, Türkiyə Daxili İşlər Nazirliyi yol hərəkətində təhlükəsizliyin artırılması və risklərin minimuma endirilməsi məqsədilə köklü tədbirlər planı həyata keçirməyə hazırlaşır.

Bu çərçivədə yaşlı sürücülər üçün illik məcburi sağlamlıq yoxlamaları həyata keçiriləcək. Artıq yaşı 65-dən yuxarı olan sürücülərin hər 2 ildən bir, 80-dən yuxarı olanların isə hər il sağlamlıq müayinəsindən keçməsi tələb olunur.

Bu tənzimləmə ilə ürək, qan təzyiqi və ya diabet kimi xroniki xəstəlikləri olan sürücülərin yola çıxmazdan əvvəl sağlamlıq icazəsi alması tələb olunacaq.

Məlumata görə, tənzimləmə layihəsi qısa müddətdə Türkiyə Böyük Millət Məclisinə təqdim olunacaq. Komissiya müzakirələrindən sonra Baş Assambleyaya çıxarılması və Prezidentin təsdiqindən sonra Rəsmi Qəzetdə dərc edilərək qüvvəyə minməsi gözlənilir.

Seçilən
0
editor.az

1Mənbələr