Ukraynanın ölkəmizdəki səfiri Yuriy Husyev səfirlər və hərbi ataşelərdən ibarət nümayəndə heyətinin Laçın və Şuşaya səfəri çərçivəsində Şuşa şəhərinə dünyaşöhrətli opera müğənnisi, Azərbaycan incəsənətinin simvolu sayılan böyük Bülbülün ev muzeyində olub.
Hafta.az-ın yazdığına görə, ukraynalı diplomat bu barədə özünün facebook səhifəsində məlumat paylaşıb.
Cənab Husyev muzeynə səfəri çərçivəsində həm də muzeyin rəhbəri olan xalq artisti Polad Bülbüloğlu ilə görüşüb.
“Xalqları birləşdirən musiqi, irs, mədəniyyətin gücü haqqında səmimi söhbətimiz oldu. Polad Bülbüloglu söhbət əsnasında Ukraynaya dəstəyini və ən xoş arzularını bildirdi. Bu səbəbdən cənab Bülbüloğluna və Rusiyanın təcavüzünün ilk günlərindən mübarizəmizi dəstəkləyən bütün Azərbaycan xalqına təşəkkür etdim”, - səfir yazıb.