ain.az, Oxu.az saytına istinadən bildirir.
İran İsraillə münaqişə fonunda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının xüsusi iclasının keçirilməsini istəyib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" diplomatik mənbəyə istinadən məlumat verib.
Məlumata görə, iclasın iyunun 21-i axşam saatlarında qapalı rejimdə keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu gün İstanbulda İƏT Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.