AZ

Mossad üçün çalışdığı iddia olunan 31 nəfər saxlanıldı

İranda İsrailin xarici kəşfiyyat xidməti Mossad adından fəaliyyət göstərdiyi müəyyən edilən şəxslərə qarşı əməliyyat keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Qum Əyalətinin Kəşfiyyat Polis İdarəsi bəyanat yayıb.

Bildirilib ki, sözügedən əməliyyatda Qum şəhərindən 22, Buşəhrdən isə 9 nəfər olmaqla Mossad üçün çalışan ümumilikdə 31 nəfər saxlanılıb.

Şübhəlilərin müəyyən prosedurlarından sonra məhkəmə orqanlarına göndəriləcəyi qeyd olunub.

Seçilən
8
publika.az

1Mənbələr