55 saylı orta məktəbin 4a sinif şagirdi Yusif Elbəyiyev "İQ/riyazi-məntiq" kateqoriyasında Dubayda təşkil edilən FİSO Global Olimpiadasında ibtidai siniflər arasında dünya üzrə 1ci yer tutaraq "Almaz" medal qazanıb.
Operativ Media xəbər verir ki, bununla yanaşı Azərbaycanda təşkil edilən bir sıra Riyaziyyat, Məntiq və İngilis dili üzrə beynəlxalq səviyyəli yarışlarda iştirak edərək qızıl, gümüş və bürünc medallar qazanıb. Onun hədəfi gələcəkdə həkim olmaqdır.