AZ

“Araz-Naxçıvan”ın yeni transferi üçün ödədiyi məbləğ məlum oldu

“Araz-Naxçıvan” yeni transferi Ba-Mauke Simakala üçün 200 min avri təzminat ödəyib.

Futbolpress.az xəbər verir ki, bu barədə “transfermarkt” portalı məlumat yayıb. Premyer Liqa təmsilçisi “Osnabrük”dən transfer etdiyi alman hücumçu ilə 1 illik müqavilə imzalayıb.

Sağ-sol cinah yarımmüdafiəçisi kimi də çıxış edə bilən Simakala müxtəlif illərdə vətəni Almaniyada “Borussiya Münhenqladbax”, “Elfersberq”, “Redinqhausen”, “Kayzerslautern”, “Xolştayn Kil”, Niderlandın “Roda Kerkrad” klublarında forma geyinib. O, son mövsümü Almaniyanın III Bundesliqa təmsilçisi olan “Osnabruk” komandasında keçirib. Hücumçu 2014-cü ildə Almaniyanın U-18 millisində də yer alıb.

Seçilən
3
futbolpress.az

1Mənbələr