AZ

Bu gün “Baku Crystal Hall”dan “İçərişəhər” metro stansiyasına qədər ekspress avtobuslar fəaliyyət göstərəcək

Bakı. Trend:

21 iyun tarixində Bakıda keçiriləcək “UFC Fight Night: Hill vsRountree Jr.” turniri ilə əlaqədar olaraq “Baku Crystal Hall”dan“İçərişəhər” metro stansiyasına qədər ekspress avtobuslar fəaliyyətgöstərəcək.

Bakı Şəhər Halqasından Trend-ə bildiriblər ki, saat 22:00-dan 01:30-aqədər “Baku Crystal Hall” yaxınlığında yerləşəcək xüsusidayanacaqdan “İçərişəhər” metro stansiyasına doğru ekspressavtobusların hər 10 dəqiqədən bir hərəkət etməsi nəzərdətutulub.

Gediş haqqı ödənişsiz olacaq.

Bundan əlavə, Bakı Metropoliteninin iş rejimi 22 iyun saat02:00-a qədər uzadılacaq. Saat 00:00-dan etibarən metroya girişyalnız “İçərişəhər” stansiyasından mümkün olacaq.

Məqalədə:
Seçilən
50
2
az.trend.az

9Mənbələr