AZ

Məzarını qazdırdı -1 gün sonra vəfat etdi

Türkiyənin Bingöl bölgəsi, Solhan əyalətində qohumlarını ziyarətə gələn Müzəffər Dikən ailə qəbiristanlığında özünə və həyat yoldaşına məzar qazdırdıqdan 1 gün sonra həyatla vidalaşıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, hadisə iyunun 18-də Solhan rayonunda baş verib. İyunun 17-də yaxınlarını ziyarət etmək üçün İstanbuldan rayona gələn Müzəffər Dikən ailə qəbiristanlığında özünə qəbir qazdırıb.1 gün sonra xəstələnən Dikəni aparıldığı Solhan Dövlət Xəstəxanasında xilas etmək mümkün olmayıb. Dikən ailə qəbiristanlığında qazdığı məzarda dəfn edilib. Müzəffər Dikən və yaxınlarının hadisədən 1 gün əvvəl cib telefonu ilə çəkilmiş videosu ortaya çıxıb. Videoda Dikən qazdığı məzarı onunla söhbət edən yaxınlarına göstərərək ona “rəhmət” diləyir. Sonra “Bu kimin qəbridir?” sualına “Mənim qəbrimdir, onu hazırlamışam” deyə cavab verir. O, “İki, birini arvadım üçün etdim” cavabını verir, sonra da zarafatla “Arvadımı aparmadan hara gedirəm?” dediyi də görünür.
Seçilən
17
sherg.az

1Mənbələr