AZ

Yaddaşın poetik intrerpretasiyası və yaxud poetik şüurda yaşayan - ÖZƏL » AzadMedia.az

Yaddaşın
Qalib Sayılov
Filologiya elmləri doktoru

Bakı, 21 iyun — Azadmedia.az


Yaddaşın poetik intrerpretasiyası və yaxud poetik şüurda yaşayan
vətən

77 yaşlı qoca şair… Tale onu çox gərdişlərə salımışdır.., bu gərdişlər onda şairlik vərdişini ehtiva edərək məşhurlaşdırmış, el şairi mərtəbəsinə qaldırmışdır. Şeirləri bir çox xalq şairinin şeirlərindən məzmunlu və mənalıdır, çünki ideya prioriteti VƏTƏNDİR! Sadəcə eyforik hava və quru pafos yox, maddi olmayan, lakin sinəsinin altında, qəlbinin içində yaşadığı VƏTƏN!

Kamal Qaraqoyunlu Məmmədov Qərbi Azərbaycanın Qaraqoyunlu mahalı, Çənbərən elinin Gölkənd kəndində anadan olmuşdur. Ilk və orta təhsilini doğma kəndində almış, keçmiş APİ nin filologiya fakultəsini bitirmişdir. 1988-ci ildən mənfur erməni qatilləri və faşistləri tərəfindən doğma vətənindən qaçqın düşmüşdür. Bir çox yerləri, elləri gəzdikdən sonra Ulu Şamaxının Şirvan kəndidə iskan etmişdir… Deyir ki, bu yerlər VƏTƏNƏ bənzədiyi üçün buranı vətən seçdim. Aşıq Alı demişkən:” Dağlar bizim dağlara yaman bənzərsən…”
Məhz buna görə onun həyatını və fəaliyyətini “yaddaşın poetik interpretasiyası” adlandırdıq.
Bulanmış çeşmədən təmiz su axmaz, deyib aqillər... Kamal kişinin mayası, cibliyyəti pak və halal çeşmədən qaynaqlanıb. Bu onun sosial davranışlarında və bədii yaradıcılığında da özünü büruzə verir. Müəllim kimi onun statusu bəllidir. Hamı onu bilgin, ədəbi-estretik tərbiyəçi və ağsaqqal kimi dəyərləndirir. Şair kimi isə, təbli, ilhamlı bir şairdir. Kamal Qaraqoyunlu həm də arıçıdır, bal istehsal edir. Bu vərdiş onun davranış stereotiplərinə və şeiriyyətinə də yansımışdır. Şeirləri pətəkdən süzülən balı xatırladır. Bal Allahın bizə lütf etdiyi ən şirin nemətdir, yəni bal şirinliyin etalonudur. Dünya da bir bal bardağına bənzəyir. Ondan nəsibini alanlar, yəni dadıb çəkilənlər yaşamağa davam edər, əgər qarışqa misalı onun şirinliyinə dalıb həris olarlarsa həlak olarlar. Qarışqa bal bardağına yaxınlaşır bir zərrə alıb gedər, bu Allah tərəfindən ona verilən ruzidir. Ikinci dəfə bu şirinlik onu cəlb edər, o şirinlikdən həzz alaraq bardağa enər və balın içində həlak olar. Yuxarıda qeyd etdiyimiz kimi bu insan və dünya modelidir. Insan nəfsinə hakim ola bilərsə bu dünyadan səfa ilə keçər, yox , əgər nəfsi ona hakim olarsa cəfaya məhkum olaraq həlak olar. İnsan nəfsini tərbiyə etməzsə, nəfsi onu tərbiyəsiz edər.
Bir bilginin araşdırmasına görə hər hansı nitqdə 7 % kəlmələr mahiyyət kəsb edir. 55% bədən dili, 38% isə səs tonu; yəni intonasiyadır. Deməli, mimikalar, əl-qol hərəkətləri nitqin böyük hissəsini təşkil edir. Insanın ətraf mühitlə davranaşları onun özünə adekvat tənasübdədir. Kamal bir müəllim kimi, bir şair kimi çevrəsinə nəzakətli davranıb, nəinki cəmiyyətlə ünsiyyətdə, hətta təbiətlə də dialoqda xoşrəftar olub. Şagirdləri, camaatı kimi dağlarla da, daşlarla da, bulaqlarla da, qayalarla da nəzakətlə davranıb, onları dindirə bilib. Yoxsa ;
Bir dərin sevgidir vətən sevgisi,
O ən təmiz süddən, sümükdən gəlir.
Ana laylasıyla dolub boşalan,
Bu sevgi nənnidən, beşikdən gəlir, - misraları onun munis qəlbindən süzülüb gələ bilməzdi. Onun şeirləri anonim və ya ünvanlı şəkildə obraz və prototiplərlə zəngindir. Yazmaq üçün sağlam düşüncəyə malik olmalısan. Özü də vətənindən didərgin olasan, bu zaman yazmamaq özü ayıbdır. K. Qaraqoyunlunu şeiriyyəti sanki bir vətən manifestidir. A- dan Z –yə bütün şeiriyyəti vətən deyir, vətən çağırır. Bayrağa aid çox şairlər şeir yazıb. Kama müəllimin bayrağ şeiri isə xüsusi mahiyyət kəsb edir:

Nəsillərdən yadigar,
Əyməz səni tufanlar,
Arxamızda vətən var,
Sən ey mənim varlığım,
Ay- ulduzlu bayrağım!


Və yaxud

44 günlük haqq yolunda savaşda,
Dayanmadıq zəfər dolu vuruşda,
Təntimədik sərt enişdə, yoxuşda,
Sona kimi biz döyüşdük kişi tək,
Zəfərimiz mübarəkdi, mübarək!
Şair 77 illik örünün zitirablarını unudur, sanki Qaraqoyunlu yaraları da sağalır. Mübarəkdarlıq edir, dünyaya , cahana gözaydınlıq verir bu ağsaqqal. Şairin şeirlərini oxuyanda artıq bu millətin müharibə qorxusunu, müharibə xofunu yendiyini şahidi olursan.
Verdi xoş xəbər
Ali Komandan:
-Şuşa, qayıtdıq,
Şuşa azadsan!
Artıq şair öz poeziyasının əlvan misralarında müstəqillik və suverenliyin ətrini, qoxusunu paylayır .
Kamal Qaraqoyunlunun şerlərinin istiqaməti fonopoetikasına görə əlvan palitraya malikdir. O təkcə qoşma, gəraylı yazmır, həmçinin tarixi mövzuları bu günümüzə kontonimasiya edir. Türkün böyük sərkərdələrini müzəffər portretlərini həzin şeirlə yenidən gözlər önündə canlandırır. Tarixdə elə portretlər , elə obrazlar var ki, onlar təkcə öz şəcərələrinin deyil, təmsil etdikləri millətlərinin ideallarının simgələridir. Bunlardan bizim coğrafiyada sevilənlərdən birinin- Nuru Paşanın bədii cizgilərini şairin yaradıcılığında seyr edək:

Qəbrin nurla dolsun , ay Nuru Paşa,
Üz-üzə gəlsəydik öpərdim səni.
Sən çətin zamanda, ağır məqamda,
Göstərdin bizlərə qardaş qəlbini.

... Baban Mehmet kimi yenə Fateh ol,
Kinli baxışları boğ yuvasında.
Qalib gəlməliyik yoxdur başqa yol,
Vətən savaşında, din savaşında....
Hər dəfə bizim vətənimizin cigərlərini gavurlar parçalayanda yenə dadımıza Türk qardaşlarımız yetişib. 44 günlük savaşda da elə oldu. XX əsrin əvvəllərində də erməni faşistləri rus-fars ağalarını himayəsində millətimizə qarşı qətliamlar və genosid həyata keçirirdi. O zaman da imdadımıza Nuru Paşalar gəldi. O zaman tanınmış şair Abdulla Şaiq yazırdı:-

Sən gəlməsən günəş doğmaz, ümid gülü açılmaz,
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.
Başqasını istəmərəm də, ey türk, sən gəl, sən,...
Yüz il sonra həmin təcavüz, eyni senari. Millətimizə qarşı rus-fars himayəsində erməni faşistləri yenidən qətliama başladı. 30 il biz zülüm altında yaşadıq. Nəhayət türkün və islamın ümidi Ərdoğan iqtidara gəldi və öz qardaş köməkliyini necə ki, Nuru Paşa və məsləkdaşları vaxtında etmişdi, o da eyni qardaşlığı etdi. Və şair Kamal Qaraqoyunlu da yüz il sonra sələfi A. Şaiq kimi Türk qardaşını tərənnüm etdi. “ Böyük ürəkli qardaş, ey əzizim Türkiyə” şeirində şair yazır:

Tarixində heç zaman sarsılan olmamısan,
Fırtınalar önündə basılan olmamısan.
Özünü zəif bilib qısılan olmamısan
Sən yenə də güclüsən, güclü də olmalısan,
Bu ağır günündə də sən zəfər çalmalısan,

... Vətən , torpaq yolunda tökülən qanımız bir
Sevincimiz, dərdimiz, ağrı-acımız bir.
Dinimiz, “Quran”ımız , bizim inancımız bitr,
Ədalət tərəfdarı, haqq-ədalət yolusan,
Bu ağır günündə də sən zəfər çalmalısan.
Kamal Qaraqoyunlu zəngin erudusiya və şirin təbə malik şairdir. Onun şeirləri gələcək nəslin bədii- estetik fikrinin düzgün formalaşmasına mayak olacaqdır. Şair qürbətdə vətən arzusuyla yazıb- yaradır. Bu gün Şamaxının Şirvan kəndində Allahın ömür payını yaşayır. Bu məkan ona vətəni Qaraqoyunlunu xatırladır. Kəndin üstündə yolayrıcında intəhasız bir mənzərə vardır. Bu mənzərə Murğuz dağlarının xatirəsini onunşair qəlbinə həkk etmişdir.
...Mən Şirvan kəndindən ayrılanda xəfif yağmur yağırdı. Maşını əyləyib Allahın bu rəhmətinə tamaşa edirdim, yağmurun hər damlası bir ürək pıçıltısı, sönük baxışlardakı sonsuz bir diləyin umudu idi. Göyüzündən yerə enən hər yağmur damlası bir saf duanın təzahürü idi, sanki. Şirvan kəndini, onun sakinlərini və şair Kamalı düşündüm.
Aqillər deyir ki, fəzilət ruhun gözəlliyidir. Bir də deyirlər ki, niyyəti gözəl və təmiz olanın istəkləri onun ayağına gəlir...
Bəli... əməlisaleh, dürüst və səmim olmaq hər kişinin işi deyil... Günləri günə, həftələri həftələrə, ayları aylara, illəri illərə sığdıran didərgin, köçkün bir elatın dərdi yalnız şeirlə ifadə oluna bilərdi... Salamat qal, şair!

Seçilən
13
1
azadmedia.az

2Mənbələr