AZ

Türkiyə XİN başçısı Sudandakı qarşıdurmanın sonlandırılması üçün beynəlxalq ictimaiyyətə çağırış edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan beynəlxalq ictimaiyyəti Sudanda üç ildən çoxdur davam edən qarşıdurmanın sonlandırılması üçün addım atmağa çağırıb.

“Report” xəbər verir ki, nazir bu barədə İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasında danışıb.

O, həmçinin qeyd edib ki, ortaq işlər nəticəsində Suriya bu gün həyata qaytarılır. Nazir Suriyanın İƏT-ə qayıtmasından məmnunluğunu ifadə edib: “Suriyaya qarşı sanksiyaların yüngülləşdirilməsi də daxil olmaqla, dəstəyimizi davam etdirməliyik. Bütövlükdə, bölgədə ayrı-seçkiliyi təbliğ edən bütün çağırışları qınayırıq".

H.Fidan əlavə edib ki, Kipr adasında da iki xalq, iki dövlət var: "Mən İƏT ölkələrini Şimali Kipr türklərinin haqlarını dəstəkləməyə çağırıram”.

Seçilən
8
2
report.az

3Mənbələr