BAKI, 21 iyun. TELEQRAF
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Teleqraf-a verilən məlumata əsasən, iyunun 22-də arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23° isti olacaq.