AZ

Polşa, Baltikyanı və Skandinaviya ölkələri Ukraynada Rusiya uğrunda döyüşənlərin Şengen zonasına girişini qadağan etməyə çağırıb

Litva, Latviya, Estoniya, Polşa, Norveç, İsveç və Finlandiyanın daxili işlər nazirləri Ukraynaya qarşı təcavüzdə iştirak etmiş və iştirak edən Rusiya vətəndaşlarının Şengen zonasına girişini qadağan etməyə çağıran birgə bəyanat qəbul ediblər. Oxuməni.az xəbər verir ki, bu barədə “RFİ.fr” məlumat yayıb.

Tallində baş tutan nazirlərin görüşündə Avropanın daxili işlər və miqrasiya üzrə komissarı Maqnus Brunner və Aİ-nin sərhəd mühafizə xidmətinin “Frontex” nümayəndəsi də iştirak edib.

Nazirlərin iyunun 19-da axşam Tallinndə keçirilən görüşdən sonra qəbul edilmiş birgə bəyanatında vurğulanır ki, Aİ dövlətləri “Rusiya silahlı qüvvələri və ya rejimin adından fəaliyyət göstərən digər silahlı qruplaşmalarda xidmət edən və ya xidmət etmiş şəxslərin təhlükəsizliyimizi pozmasına və ya Şengen zonası daxilində sərbəst hərəkət etməsinə icazə verilməməsi üçün bütün lazımi addımları atmalıdır”. Nazirlərin fikrincə, Ukraynaya qarşı aqressiv müharibədə iştirak edənlərə həm yaşayış icazəsi, həm də viza verməkdən çəkinmək vacibdir.

“Yüz minlərlə Rusiya vətəndaşı Ukraynaya qarşı müharibədə iştirak edib və iştirak etməkdə davam edir və oradan hərbi təcrübəsi olan insanlar çox güman ki, Rusiyanın mütəşəkkil cinayətkar qruplarını tamamlayacaq və gücləndirəcək və bununla da Avropa İttifaqı üçün ciddi cinayət təhlükəsi yaradacaq”, - deyə bəyanatda bildirilir.

Güman edilir ki, bu qrup Rusiya vətəndaşları üçün Şengen zonasına giriş qadağası hətta aktiv hərbi əməliyyatlar başa çatdıqdan sonra da qüvvədə qalacaq.

Almaz Həsənli

Seçilən
11
1
oxumeni.az

2Mənbələr