AZ

Sabah leysan və dolu yağacaq

İyunun 22-də Azərbaycanda havanın əsasən yağmursuz keçəcəyi, bəzi rayonlara leysan yağacağı gözlənilir.

Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Seçilən
8
15
publika.az

10Mənbələr