Şuşa, 21 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu, mənim Şuşaya üçüncü səfərimdir. Hər səfərimdə burada yeni dəyişikliklərin olduğunu görürəm.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında diplomatik korpus nümayəndələrinin işğaldan azad edilən Şuşaya səfəri zamanı Liviyanın Azərbaycandakı səfiri Ali Salem Naser söyləyib.
“Şuşa gözəl yerdir. Şuşa və onun qədər gözəl olan Laçına yenidən gəlmək istərdim. Səfərimiz zamanı bu yerlərdə gedən sürətli tikinti işlərinin şahidi oldum. Bu nailiyyətinə görə Azərbaycanı təbrik edirəm”, - deyə səfir bildirib.