“Sabah” klubu daha bir futbolçu ilə yollarını ayırmağı düşünür.
Bizim.Media xəbər verir ki, söhbət qapıçı Yusif İmanovdan gedir.
Əsas heyətdə yerini itirən qolkiper karyerasını başqa klubda davam etdirməyi planlaşdırır. Hələlik onun yerli və ya xarici kluba keçəcəyi dəqiq bilinmir.
Qeyd edək ki, “Sabah” daha öncə Şakir Seyidov və legioner Con İrasaballa yeni müqavilə imzalamamışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta