AZ

SEPAH-ın daha iki komandanı öldürüldü - ADLAR

İsrail ordusu İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandirlərindən biri öldürülüb.

Modern.az İsrail ordusuna istinadən xəbər verir ki, Qüds qüvvələrinin silah tədarükü bölməsinin komandiri Behnam Şəhriyari İsrailin hava zərbələri nəticəsində ölüb.

Qeyd olunub ki, sözügedən şəxs İranın Hizbullah və HAMAS-a silah ötürmə prosesini icra edib.

İsarilin müdafiə naziri İsrail Katzın sözlərinə görə, hücum nəticəsində SEPAH Qüds Qüvvələrinin Fələstin Korpusunun rəhbəri Səid İzadi İsrailin Qum şəhərində mənzilə endirdiyi zərbə nəticəsində öldürülüb.

O, İzadinin 7 oktyabr hücumundan əvvəl HAMAS-ı maliyyələşdirmək və silahlandırmaqdan məsul olduğunu bildirib və əməliyyatı İsrail kəşfiyyatı və hava qüvvələri üçün böyük nailiyyət adlandırıb.

Seçilən
17
7
modern.az

10Mənbələr