
Bərdə rayonunda keçmiş məhkumdan 7 kiloqram narkotik vasitə götürülüb.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Səyyaf Həsənov saxlanılıb.
Onun yaşadığı ünvana baxıș zamanı yardımçı tikilidə 7 kiloqram marixuana aşkarlanıb. Onun narkotiki satış məqsədi ilə İran vətəndaşından əldə etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb, S.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.