AZ

Elçin Əmirbəyov İrlandiyada Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İrlandiya rəsmiləri ilə Azərbaycan və Ermənistan arasında sülh prosesini müzakirə edib.

TurkicWorld xəbər verir ki, bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "X" sosial şəbəkə hesabında yazıb.

"Elçin Əmirbəyov İrlandiyaya işgüzar səfərini başa vurub. Konstruktiv müzakirələr Azərbaycan–İrlandiya münasibətlərinə, Aİ ilə əməkdaşlığa, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə və digər məsələlərə həsr olunub", – Elin Süleymanov qeyd edib.

Seçilən
15
4
turkic.world

5Mənbələr