AZ

Ərdoğan İstanbulda keçiriləcək İƏT toplantısına qatılacaq

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 51-ci Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

TurkicWorld xəbər verir ki, İstanbul bu əhəmiyyətli toplantıya ev sahibliyi edərkən, Prezident Ərdoğanın diplomatik gündəliyinin də olduqca sıx olacağı gözlənilir.

Ərdoğan, toplantı çərçivəsində Qətər Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşəcək. Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Migel Moratinos və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin Baş Komissarı Filip Lazarini ilə də bir araya gələcək.

Bundan əlavə, Pakistan Quru Qoşunlarının Komandanı Seyid Asim Münir və Pakistan Baş nazirinin müavini Məhəmməd İshaq Dar da Ərdoğan tərəfindən qəbul ediləcək.

Prezident Ərdoğanın ən diqqətçəkən görüşlərindən biri isə İranın xarici işlər naziri Abbas Ərakçi ilə baş tutacaq.

Seçilən
53
turkic.world

1Mənbələr