Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri tədbirlər zamanı əvvəllər məhkum olunmuş Zaur Əmənov və Qurban Dəmirov saxlanılıblar.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Adalet.az-a verilən məlumata görə, həmin şəxslərdən psixotrop maddə metamfetamin və heroin aşkarlanıb.
Bundan əlavə, Q.Dəmirovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində sonuncunun bir neçə il əvvəl şəhər ərazisində yerləşən evlərin birindən qızıl-zinət əşyaları oğurladığı da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.