Bakı. Trend:
Ötən gün paytaxt və respublikanın ayrı-ayrı rayonlarındaqanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 20-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tapança, 4qumbara, 6 tüfəng, 1 patron darağı və 128 ədəd müxtəlif çaplıpatron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.