AZ

Məşhur amerikalı rejissorun əşyaları 4,25 milyon dollara satıldı


Amerikalı dünya şöhrətli mərhum rejissor Devid Linç şəxsi əşyaları Los-Ancelesdə keçirilən hərracda 4,25 milyon dollara satılıb."The Guardian”nəşrinin yazdığına görə, ən yüksək təklif isə (195 min dollar) onun yarımçıq qalmış "Ronni Roket" filminin ssenarisi üçün olub.

Ən bahalı lotlar arasında 104 min dollara satılan "Mulholland Drive" filminin ssenariləri və 91 min dollara "Twin Peaks" teleserialının pilot bölümünün ssenarisi olub. Linçin adı həkk olunmuş direktor kreslosu 70 min dollara satılıb. Rejissor üçün xüsusi olaraq hazırlanmış beş perdəli gitara 39 min dollara, qırmızı pərdəsi və ağ-qara xalçası 32 500 dollara satılıb.

Mətləb

Seçilən
11
4
baki-xeber.com

5Mənbələr