AZ

Braziliya 2029 cu il Klublararası Dünya Çempionatına ev sahibliyi etmək istəyir

sport24.az saytına istinadən ain.az xəbər verir.

Braziliya Futbol Konfederasiyasının (CBF) rəhbəri Samir Haud futbol rəsmilərinin sammitində FIFA prezidenti Canni İnfantino ilə 2029-cu ildə Klublararası Dünya Çempionatının Braziliyada keçirilməsi ideyasını müzakirə edib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Haud FİFA prezidenti ilə görüş barədə bunları söyləyib:

"Hər şey giriş nitqi ilə başladı. Mən CBF-nin rəhbəri kimi məqsədlərimi izah etdim və dedim ki, biz FİFA-ya daha yaxın olmaq istəyirik. Tədbiri və Braziliya klublarının səviyyəsini yüksək qiymətləndirdim və nəhayət, növbəti dünya çempionatının ölkəmizdə keçirilməsini təklif etdim.

Canni İnfantino çox sevindi və bunun tamamilə mümkün olduğunu söylədi. İndi biz bunun reallaşması üçün çalışacağıq. Bu, böyük bayram olacaq".

Qeyd edək ki, klublararası dünya çempionatı ilk dəfə bu il 32 komandanın iştirakı ilə ABŞ-da təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
sport24.az

1Mənbələr