AZ

Camal Musiala xəsarət alıb

Kicker xəbər verir ki, Almaniya çempionu “Bavariya”nın 22 yaşlı yarımmüdafiəçisi Camal Musiala zədələnib.

ABŞ-da keçirilən klublararası dünya çempionatının 2-ci turunda “Bavariya” Argentinanın “Boka Xuniors” klubunu 2:1 hesabı ilə məğlub edib. Almaniya millisinin üzvü 57-ci dəqiqədə alman hücumçu Serj Qnabrini əvəzləyib. Musialanı 82-ci dəqiqədə almaniyalı hücumçu Tomas Müller əvəzləyib.

Musiala sağ baldırının əzələsindən zədə alıb.

“Bavariya” Yeni Zelandiyanın Oklend komandasına 10:0 hesabı ilə qalib gələrkən Musiala ilk turda het-trik edib.

Seçilən
4
veteninfo.az

1Mənbələr