AZ

“Zirə”nin rəqibində ayrılıq

“Zirə”nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Hayduk” futbolçusu Yosip Elezlə yolları ayırıb.

Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib. Xorvatiya klubunun rəhbərliyi yetirmələri ilə vidalaşıb.

Qeyd edək ki, “Zirə” ilə “Hayduk” arasında ilk oyun iyulun 23-də “Neftçi Arena”da keçirəcək. Bir həftə sonra cavab matçı Xorvatiyada təşkil olunacaq.

Seçilən
23
msport.az

1Mənbələr