AZ

Taekvando Federasiyasının baş katibi istefa verdi

ain.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan Taekvando Federasiyasının baş katibi Rüstəm Bağırlı vəzifəsindən ayrılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, öz istəyi ilə istefa verib.

Federasiyadan saytımıza məlumatı təsdiq ediblər.

Baş katiblə yanaşı komandanın həkimi Ruslan Şərifov da komandadan gedib. O da öz xahişi ilə işindən ayrılıb.

Onların ayrılıq səbəbi açıqlanmasa da, hər ikisinin maddi məsələlərə görə federasiyadan getdiyi bildirilir. 

Qeyd edək ki, Rüstəm Bağırlı iki il öncə Azərbaycan Taekvando Federasiyasının baş katibi təyin edilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
15
qafqazinfo.az

10Mənbələr